18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Gömrük Komitəsində birinci müavin postunun sayı artırılıb - Şahin Bağırov Səfər Mehdiyevi əvəzləyib - Fərman
Tarix: 18-07-2022 14:51 | Bölmə: Gündəm
Gömrük Komitəsində birinci müavin postunun sayı artırılıb - Şahin Bağırov Səfər Mehdiyevi əvəzləyib

Dövlət Gömrük Komitəsi (DGK) haqqında Əsasnamədə dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Gömrük Komitəsində birinci müavin postunun sayı birdən ikiyə qaldırılıb.

Beləliklə, DGK sədrinin bir birinci müavini və dörd müavini var.

***

Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin birinci müavini təyin edilib.

Reyting.az
xəbər verir ki, sərəncamla DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.

Ş. Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.

O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb, 2014-cü ildən 2018-ci ilədək DGK sədrinin müavini təyin olunub.  

 Prezidentin İlham Əliyevin 6 iyul 2018 tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsindən azad edilib.

Ş. Bağırov DGK sədrinin birinci müavini təyin olunanadək Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər