İlham Əliyev: “Nəhəng resurs bazamız var”
Tarix: 18-07-2022 16:58 | Bölmə: Gündəm
İlham Əliyev: “Nəhəng resurs bazamız var”

Azərbaycanda alternativ enerji istehsalının böyük potensialı artıq Avropa İttifaqı tərəfindən də təqdir edilir.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib.

Prezident İlham Əliyev bildirib ki, artıq külək və günəş enerjisinə dair investisiya layihələrinə başlanılıb:

“Biz artıq öz potensialımıza dair ilkin qiymətləndirmə aparmışıq və mən deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində günəş və külək enerjisi stansiyalarının potensialı 9200 meqavatdır. Xəzər dənizinin külək enerjisi potensialı 157 geqavatdır. Beləliklə, bizim həqiqətən də nəhəng resurs bazamız var”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}