16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır - Video
Tarix: 28-07-2022 15:24 | Bölmə: Gündəm
Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, tank heyətləri minalanmış sahələri, təbii və süni maneələri dəf etdikdən sonra şərti düşmən hədəflərinin, həmçinin tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Məşğələlərdə əsas diqqət tank bölmələrinin döyüş hazırlığının yüksəldilməsinə və heyət üzvlərinin fərdi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}