Mikayıl Cabbarovla Əli Əhmədova əlavə vəzifələr verilib
Tarix: 28-07-2022 17:31 | Bölmə: Gündəm
Mikayıl Cabbarovla Əli Əhmədova əlavə vəzifələr verilib

Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibinə dəyişiklik edilib.

Reyting.az
 xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın Baş nazirinin birinci müavini komissiyanın tərkibindən çıxarılıb və onun yerinə Azərbaycanın iqtisadiyyat naziri əlavə edilib.

Həmçinin iqtisadiyyat nazirinin müavini də komissiyanın tərkibindən çıxarılıb.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi komissiyanın Azərbaycan tərəfindən tərkibinə edilmiş dəyişiklik barədə Türkmənistan tərəfinə müvafiq bildiriş göndərəcək.

***

Azərbaycan ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibinə dəyişiklik edilib.

Reyting.az
 xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın Baş nazirinin birinci müavini komissiyanın tərkibindən çıxarılıb.

Onun yerinə komissiyanın tərkibinə Baş nazirin müavini Əli Əhmədov daxil edilib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi komissiyanın Azərbaycan tərəfindən tərkibinə dəyişiklik barədə Qırğız Respublikası tərəfinə müvafiq bildiriş göndərəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}