18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazirlər Kabineti AMEA-nın yeni strukturu və işçilərinin say həddi ilə bağlı qərar verəcək
Tarix: 28-07-2022 18:36 | Bölmə: Gündəm
Nazirlər Kabineti AMEA-nın yeni strukturu və işçilərinin say həddi ilə bağlı qərar verəcək

Nazirlər Kabineti (NK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu və işçilərinin say həddini üç ay müddətində təsdiqləməlidir.

Reyting.az 
xəbər verir ki, bu, prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanda yer alıb.

Habelə NK-ya bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

AMEA-ya isə qurumun Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Xatırladaq ki, AMEA-nın tabeliyində qalan elm müəssisələri aşağıdakılardır:

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;

Fəlsəfə və Sosiologiya İnstitutu;

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;

Nəsimi adına Dilçilik İnstitutu;

Memarlıq və İncəsənət İnstitutu;

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;

Folklor İnstitutu;

Elm Tarixi İnstitutu;

Qafqazşünaslıq İnstitutu;

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

Mərkəzi Elmi Kitabxana;

“Elm” Nəşriyyatı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər