Xocavənddə ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat tapılıb
Tarix: 29-07-2022 11:32 | Bölmə: Gündəm
Xocavənddə ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat tapılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə erməni hərbi birləşmələrinə məxsus xeyli sayda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, tapılan 3 avtomat, 2 qumbaraatan, 1 pulemyot, 1 tapança silahları, eləcə də 12 ədəd tank və 5 ədəd piyada əleyhinə mina, 30 ədəd qumbaraatan mərmisi, 2318 ədəd müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}