11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Erməni təxribatlarına dərhal cavab veriləcək
Tarix: 30-07-2022 12:27 | Bölmə: Gündəm
Erməni təxribatlarına dərhal cavab veriləcək

İyulun 30-da Müdafiə Nazirlində keçirilən xidməti müşavirədə müdafiə naziri Zakir Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edib.

Müdafiə Nazirliyinin məlumatna görə, nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən qoşunlarda yoxlamaların keçiriləcəyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}