18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prezident Dövlət Agentliyinə 10,1 milyon manat ayırıb
Tarix: 01-08-2022 13:40 | Bölmə: Gündəm
Prezident Dövlət Agentliyinə 10,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla iyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.12-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10,1 milyon (on milyon bir yüz min) manat ayrılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər