18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prezident Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayırıb
Tarix: 03-08-2022 13:53 | Bölmə: Gündəm
Prezident Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayırıb

Prezident İlham Əliyev Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər