18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prezident daha bir komissiyanın tərkibində dəyişiklik edib - Sərəncam
Tarix: 05-08-2022 12:21 | Bölmə: Gündəm
Prezident daha bir komissiyanın tərkibində dəyişiklik edib

Azərbaycanda neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibində dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri


Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər