16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistanın təxribat törədən üç hərbçisi məhv edilib - Yenilənib
Tarix: 28-09-2022 21:29 | Bölmə: Gündəm
Ermənistanın təxribat törədən üç hərbçisi məhv edilib

"Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır".

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır:

"Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb".

***

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribata əl atıb.

Son məlumata görə, Azərbaycan Ordusu tərəfindən bu təxribata cavab tədbirləri nəticəsində Ermənistanın üç hərbi qulluqçu öldürülüb.

Hazırda sərhəddə vəziyyət sabitdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}