İlham Əliyev: "Bu, iqtisadi inkişafımızın əsas amillərindəndir"
Tarix: 25-11-2022 10:49 | Bölmə: Gündəm
İlham Əliyev: "Bu, iqtisadi inkişafımızın əsas amillərindəndir"

"Bu konfrans bizə regionun reallıqlarını, Azərbaycanın planlarını və qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək".

Reyting.az
xəbər verir ki, bu fikri prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bugünkü konfransın əsas mövzusu Orta Dəhliz olsa da, iştirakçıları nəzərə alsaq, biz, həmçinin siyasət, təhlükəsizlik və iqtisadiyyat məsələlərini də müzakirə edəcəyik: "Azərbaycanda uzun illərdir sabitlik mövcuddur və bu, iqtisadi inkişafımızın əsas amillərindəndir. Güclü iqtisadiyyat, siyasi-iqtisadi sabitlik, hökumətimizin yürütdüyü proqnozlaşdırılan siyasət – bütün bu amillər və çoxsaylı dövlətlərlə sıx münasibətlərin qurulması bugunkü reallığın yaradılmasına kömək edib".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər