Cümşüd Nuriyev partiyadan xaric edilib
Tarix: 21-11-2025 16:04 | Bölmə: Siyasət
Cümşüd Nuriyev partiyadan xaric edilib

Vəhdət Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının qərarı ilə politoloq Cümşüd Nuriyev partiyadan xaric edilib.

Reyting.az
xəbər verir ki, bunu Vəhdət Partiyasından bildiriblər.

Qərarda deyilir:

"Komissiyaya özünü Vəhdət Partiyası sədrinin müşaviri kimi təqdim edən (onun bu vəzifədə olması barədə rəsmi sənəd görməmişik, lakin hesab edirik ki, partiyamıza yeni daxil olmasaydı, onun bu vəzifəyə təyinatı da olmazdı) Cümşüd Nuriyevin 20.11.2025-ci il tarixdə sosial şəbəkədə VP Baş Məclisin sədri Tahir Kərimlini ağır şəkildə təhqir etməsi (material əlavə olunur) və ona görə məsuliyyətə cəlb olunması barədə Tahir Kərimlinin rəsmi müraciəti daxil olmuşdur.

MNTK bu müraciətə baxaraq, çıxışları dinləyərək, bu qənatə gəlir ki, həqiqətən Cümşüd Nuriyev partiyanın BM sədrinə qarşı, onun simasında partiyanı nüfuzdan salan, etikaya sığmayan və öz əməllərinə haqq qazandırmaq üçün Tahir Kərimlinin səs yazısını qəsdən mənfi yozmaqla ciddi Nizamnamə pozuntusuna yol vermişdir. Özü də bunu müraciətdən 12 gün sonra etməsi sifariş ovqatı doğurur.

MNTK yekdilliklə qərara gəlir ki, belə halda partiyaya nə yollasa yeni qəbul olmuş Cümşüd Nuriyev dağıdıcı fəaliyyət göstərməklə Nizamnamənin 5.20-ci mad.1-ci hissəsində göstərilən əməli törətdiyindən Vəhdət Partiyasının üzvü ola bilməz.

Yuxarıda göstərilənləri və VP Nizamnaməsinin 5.21 mad.4-cü his.,5.23,5.24 və 12-ci mad.2,3,9,10-cu mad rəhbər tutaraq Vəhdət Partiyası MNTK-sı

Qərara alır:

1. Cümşüd Qurban oğlu Nuriyev Vəhdət Partiyasının üzvlüyündən xaric edilsin.

2. Qərar icra üçün VP Baş Məclisinə,məlumat üçün Partiya sədrinə göndərilsin.

3. Cümşüd Nuriyev əməlini partiyadan kənar məkanda törətdiyi üçün qərar həmin məkanda dərc olunsun.

MNTK sədri Ehtibar Səmədov.

Katib Qərinə Balayeva.

21 noyabr 2025-ci il".




Bölməyə aid digər xəbərlər