Novator.az saytının bütün arxivi yoxa çıxıb
Tarix: 21-11-2025 00:07 | Bölmə: Xəbərlər
Novator.az saytının bütün arxivi yoxa çıxıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti qanunsuz müdaxiləyə məruz qalmış Novator.az saytının müraciətini araşdırır.

Medianews.az-ın məlumatına görə, ilkin nəticələr saytın arxivini bərpa etməyin mümkünsüz olduğunu göstərib.

Novator.az-ın Elektron Təhlükəsizlik Xidmətinə noyabrın 3-də göndərilmiş müraciətində qeyd olunmuşdu ki, sayt qanunsuz müdaxilə nəticəsində tamamilə dağıdılıb, oktyabrın 27-də saytın serverinə daxil olan dələduzlar 10 illik arxivi məhv ediblər. Serverin yerləşdiyi Namecheap.com-dan redaksiyaya verilən məlumata görə, müdaxilə Braziliya aypi (İP) ünvanı ilə olub.

Elektron Təhlükəsizlik Xidməti sayta hücumu araşdırır və redaksiyaya noyabrın 19-da verilmiş ilkin cavabda arxivin bərpasının mümkünsüz olduğu bildirilib.

2015-ci ilin payızından fəaliyyət göstərən Novator.az saytı maarifçi xətti ilə seçilib, heç bir vaxt məhkəməyə çəkilməyib, dövlət orqanının və ya başqa qurumun xəbərdarlığı, iradı ilə üzləşməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər