"WhatsApp" istifadəçilərinə xəbərdarlıq olunub
Tarix: 17-11-2025 20:24 | Bölmə: Xəbərlər
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq olunub

Son günlər "WhatsApp" vasitəsilə istifadəçilərin hesablarına icazəsiz giriş cəhdləri sürətlə artıb.

Reyting.az
xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib.

Bildirilib ki, şübhəli keçidlərə daxil olmaq, tanımadığınız şəxslərdən gələn linklərə klikləmək və təsdiqləmə kodlarını paylaşmaq böyük risk yaradır: "Heç bir halda SMS və ya "WhatsApp" təsdiqləmə kodlarınızı başqaları ilə bölüşməyin!""




Bölməyə aid digər xəbərlər