Ukraynanı hərbi yardımı dayandırmaqla hədələyirlər
Tarix: 21-11-2025 18:53 | Bölmə: Dünya
Ukraynanı hərbi yardımı dayandırmaqla hədələyirlər

Vaşinqton ABŞ-ın vasitəçiliyi ilə əldə edilən sülh sazişinə razılıq verməsi üçün Ukraynaya təzyiq göstərmək məqsədilə kəşfiyyat məlumatlarını paylaşmaq və silah təchizatını dayandırmaqla hədələyib.

Reyting.az
bildirir ki, bu barədə “Reuters” agentliyinə iki mənbə məlumat verib.

Bildirilir ki, Kiyev Vaşinqton tərəfindən təzyiq altındadır və ABŞ Ukraynanın gələn cümə axşamına qədər çərçivə sazişini imzalamasını istəyir.

“Onlar müharibəni dayandırmaq və Ukraynanın bədəlini ödəməsinə çalışırlar”, - mənbələrdən biri əlavə edib.

Qeyd olunur ki, ABŞ-ın yüksək vəzifəli hərbi rəsmilərindən ibarət nümayəndə heyəti cümə axşamı Kiyevdə prezident Vladimir Zelenski ilə görüşüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər