Ruslar Zaporojye və Odessaya zərbələr endirir
Tarix: 21-11-2025 11:38 | Bölmə: Xəbərlər
Ruslar Zaporojye və Odessaya zərbələr endirir

Rusiya ordusu Ukraynanın Zaporojye bölgəsinə zərbələr endirib. Nəticədə beş nəfər həyatını itirib, səkkiz nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bunu Zaporojye Regional Dövlət Administrasiyasının rəhbəri İvan Fedorov deyib.

Onun sözlərinə görə, hücum nəticəsində evlərə, mağazaya və bazara da ziyan dəyib.

Fedorov bildrib ki, ruslar gün ərzində Zaporojye bölgəsindəki yaşayış məntəqələrinə 387 zərbə endirib. Rusiya ordusu Zaporojya, Maqdalynivka, Lukyanivske, Hulyaipole və Ternovatye məntəqələrinə 5 hava zərbəsi endirib.

Eyni zamanda, ruslar Stepnoqorsk, Primorskoye, Stepnoye, Novoandriivka, Novodanilovka, Malaya Tokmaçka, Çarivne, Yabloxnoye və Varvarovkaya 171 artilleriya zərbəsi vurublar.

Fedorov əlavə edib ki, evlərə, qeyri-yaşayış binalarına, nəqliyyat vasitələrinə və infrastruktura ziyan dəyməsi ilə bağlı 90 məlumat alıb.

Ruslar Odessaya da hücum edib. Şəhər rəsmisi Oleq Kiperin sözlərinə görə, aktiv hava hücumundan müdafiə əməliyyatlarına baxmayaraq, şəhər dron hücumuna məruz qalıb və mülki obyektlərə ziyan dəyib.

“Təəssüf ki, bir uşaq da daxil olmaqla beş nəfər yaralanıb. Tibb işçiləri bütün lazımi yardımı göstərirlər”, - deyə rəsmi qeyd edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər