23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir
Tarix: 20-03-2023 00:59 | Bölmə: Gündəm
Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir

Bu gün Azərbaycanda Novruz bayramıdır.

“Yeni gün” mənasını verən Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Yaz fəsli Azərbaycana martın 21-də Bakı vaxtı ilə saat 01:24:24-də daxil olacaq.

Novruz bayramı ilə əlaqədar ölkədə 20, 21, 22, 23 və 24 mart iş olmayacaq.

Yeni gününüz mübarək!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}