AFFA bu klubları cərimələyib
Tarix: 05-03-2024 12:37 | Bölmə: İdman
AFFA bu klubları cərimələyib

“Neftçi” və “Qarabağ” klubları azarkeşlərinə görə cərimələniblər.

Reyting.az
xəbər verir ki, Premyer Liqanın XXV turunda keçirilən oyunda fanatlar rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün AFFA İntizam Komitəsi hər iki komandaya 1000 manat cərimə kəsib.

Bundan başqa, “Neftçi” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, matçın ardından meydana kənar şəxslərin daxil olması ucbatından isə 800 manat cərimə olunub.

AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu İssa Cibrilanı bir matçlıq cəzalandırıb.

Belə ki, oyunçu "Turan Tovuz"la heç-heçə (1:1) etdikləri Premyer Liqanın XXV turunun matçında rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə aldığı üçün cəzaya məruz qalıb.

Paytaxt təmsilçisi 800 manat cərimə olunub.

"Qəbələ"nin legioneri Lukas Afriko da bir görüşdə komandasına kömək edə bilməyəcək. Müdafiəçi "Səbail"ə uduzduqları (2:3) qarşılaşmada qırmızı vərəqə görüb. "Qırmızı-qaralar" da bu səbəbdən 800 manat ödəməli olacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər