800-dən çox rusiyalını Latviyadan çıxarırlar
Tarix: 08-09-2025 17:25 | Bölmə: Xəbərlər
800-dən çox rusiyalını Latviyadan çıxarırlar

800-dən çox Rusiya vətəndaşı 2025-ci il oktyabr ayının ortalarına qədər Latviyanı tərk etməlidir. Buna səbəb onların Latviyada daimi yaşayış üçün tələblərə cavab verməməsidir.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Latviya Miqrasiya Xidməti 841 Rusiya vətəndaşına daimi yaşayış üçün tələblərə cavab vermədikləri üçün oktyabrın 13-dək ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.

2024-cü ildə Latviya bu şəxslərin icazənin yenilənməsi üçün sənədləri təqdim etmə müddətini uzadıb.

Təlimatlara könüllü əməl edilmədikdə, icazə müddəti bitmiş şəxslərə - əcnəbilərin saxlanma təcridxanalarına yerləşdirilməklə və ya humanitar istisnalar olduqda həmin vaxta qədər yaşadıqları mənzildə qalan şəxslərə qarşı deportasiya proseduru tətbiq ediləcək.

Bildirilir ki, Rusiya vətəndaşlarının yarıdan az hissəsi dövlət dilini bilmək testindən keçib - bu, icazənin uzadılması üçün şərtlərdən biri idi.

Bundan əlavə, Latviya təhsil sistemində rus dilini ikinci xarici dil kimi istifadə etməkdən tədricən uzaqlaşır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər