Mərkəzi Bankın sədri: "Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq"
Tarix: 09-09-2025 12:51 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bankın sədri: "Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq"

"Ermənistan Azərbaycanla sülh sazişi imzalandığı təqdirdə öz iqtisadiyyatına əhəmiyyətli xarici investisiya axınını təmin edə biləcək".

Bunu Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan parlamentdəki çıxışında bildirib.

"Sülh prosesi ilə bağlı beynəlxalq tərəfdaşlardan alınan siqnallar və cavablar çox müsbətdir. Əgər sülh sazişi imzalanarsa, Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların əhəmiyyətli axınını təmin edə bilər", - M.Qalstyan qeyd edib.

Mərkəzi Bankın rəhbəri bununla əlaqədar Ermənistanın iqtisadi artım göstəricilərinin yenidən nəzərdən keçirilə biləcəyini istisna etməyib(Report).




Bölməyə aid digər xəbərlər