16:29 / 09-09-2025
Nepal prezidenti istefa verib
Gənc almanlar məcburi hərbi xidmətin əleyhinədir
Tarix: 09-09-2025 11:50 | Bölmə: Dünya
Gənc almanlar məcburi hərbi xidmətin əleyhinədir

Hökumətin 2026-cı ildən ordu üçün sorğu vərəqələrinin qeydiyyatı sistemini tətbiq etmək planları fonunda Almaniyada hərbi xidmətin qaytarılması ilə bağlı müzakirələr geniş vüsət alır. Mühafizəkar CDU/CSU bloku illik xidmətin bərpasını təklif edir, lakin bu, gənclər arasında kəskin etirazla qarşılanır.

Reyting.az
xəbər verir ki, “Bild” qəzeti ordu zabiti və məcburi hərbi xidmətin tərəfdarı olan bloqqer David Matay ilə “Niyə mən heç vaxt ölkəm üçün vuruşmayacağam”,- kitabının müəllifi Ole Nymoen arasında debat təşkil edib.

“Mən orduya pul üçün getdim, amma demokratiya üçün qaldım”,- Matay deyib. Nymoen isə buna cavab olaraq bildirib ki, müharibəyə getməyə hazır deyil: “Mənim bir həyatım var və dövlət buna dəyməz”.

O. Nymoenin “işğalda olmaq ölməkdən yaxşıdır”, - deməsi ilə debat daha da qızışıb. Matay cavab olaraq bu cür bəyanatları təhlükəli adlandırıb və bunun demokratiyanın müdafiəsi ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilən sorğuya əsasən, gənc almanların 70 faizi məcburi hərbi xidmətin əleyhinədir.

Bavariyanın baş naziri və Xristian Sosial Birliyinin (CSU) lideri Markus Söder bildirib ki, Almaniya əmək qabiliyyətli ukraynalıların öz ölkələrində təhlükəsizliyin təmin edilməsinə kömək edə bilməsi üçün vətənlərinə qaytarılması imkanlarını nəzərdən keçirməlidir.

Eyni zamanda o, Almaniyanın Ukraynaya hərbi qüvvələrini göndərməsinə qarşı çıxış edərək, Rusiyanın buna razı olmayacağını bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər