16:29 / 09-09-2025
Nepal prezidenti istefa verib
Baş nazirin partiyası seçkilərdə qalib gəlib
Tarix: 09-09-2025 10:57 | Bölmə: Dünya
Baş nazirin partiyası seçkilərdə qalib gəlib
Jonas Qar Störe

Norveç İşçi Partiyasının rəhbərlik etdiyi hakim koalisiya parlament seçkilərindən sonra qanunverici orqanda çoxluğu təmin edib.

Reyting.az
NRK-ya istinadla xəbər verir ki, bunu səslərin 99 faizinin hesablanması sübuta yetirir.

Norveçin baş naziri Jonas Qar Störenin rəhbərlik etdiyi koalisiya 87 mandat əldə edib - əksəriyyət üçün 85 mandat lazımdır. Ən çox səsi Leyboristlər Partiyası alıb.

Solların qələbəsinə baxmayaraq, səsvermə mühafizəkar seçicilər arasında daha da sağa sürüşməni göstərib və 47 yaşlı S. Listxauqun populist, anti-immiqrasiyaçı Tərəqqi Partiyası seçkilər tarixində ən yaxşı nəticəni nümayiş etdirib.

Keçmiş baş nazir Ern Solberqin mühafizəkar partiyası üçüncü olub, lakin bu, onun son 20 ildə ən pis nəticəsidir. Sağçı qüvvələr birlikdə 82 mandat qazanıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər