Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət alıb
Tarix: 06-03-2024 15:08 | Bölmə: İdman
Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət alıb

Türkiyənin iinci liqasında oynayan "Boluspor" klubunun futbolçusu Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət alıb.

Məlumata görə, 28 yaşlı yarımmüdafiəçi martda “FIFA series–Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək matçlar üçün yığmaya cəlb ediləcək.

Qeyd edək ki, turnirin görüşləri Bakıda gerçəkləşəcək. Vüsal İsgəndərli son olaraq 2020-ci ilin sonlarında milliyə çağırılıb. O, ilin əvvəlində Bolu klubu ilə 1,5 illik müqavilə imzalayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}