Dünya Olimpiya Təsnifat Turniri: Şəhla Allahverdiyeva qələbə qazanıb
Tarix: 06-03-2024 16:24 | Bölmə: İdman
Dünya Olimpiya Təsnifat Turniri: Şəhla Allahverdiyeva qələbə qazanıb

Azərbaycan boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə start verib.

Azərbaycan Boks Federasiyasından Reyting.az-a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan yığma üzvü 1/32 finalda Nqoc Mai Hoanqu (Vyetnam) yarışdan kənarlaşdırıb.

Ş.Allahverdiyeva 1/16 finalda ilk mərhələdən azad olan Mariana Soto Torreslə (İspaniya) qarşılaşacaq. Görüş martın 8-də baş tutacaq.

Azərbaycan boksçularından daha əvvəl Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıblar.

Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}