Tanınmış voleybolçunun ölkədən çıxışına qadağa qoyulub
Tarix: 06-03-2024 17:02 | Bölmə: İdman
Tanınmış voleybolçunun ölkədən çıxışına qadağa qoyulub

Azərbaycanda tanınmış voleybolçu xüsusi icraat qaydasında məhkəməyə verilib.

Məlumata görə, İlqar İmamquliyevin dövlətə vergi borcları yaranıb. Belə ki, idmançı özünə məxsus olan “İlazero” MMC və “Xarı-Bülbül” Voleybol Klubu MMC-nin vergilərini dövlət büdcəsinə, DSMF və digər fondlara ödəməyib. Nəticədə təxmini 5000 manat civarında borc yaranıb.

İdmançını məhkəməyə verən tərəf Dövlət Vergi Xidmətinin Bakı şəhəri kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsidir. Dövlət qurumu məhkəməyə müraciətində İ. İmamquliyevin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq(Lent.az).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər