Avropa Liqası: "Qarabağ" "Bayer 04"lə heç-heçə edib
Tarix: 07-03-2024 23:45 | Bölmə: İdman
Avropa Liqası: "Qarabağ" "Bayer 04"lə heç-heçə edib

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Məlumata görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}