Prezident: BMT ilkin vəzifələrini yerinə yetirmir
Tarix: 08-09-2025 17:52 | Bölmə: Dünya
Prezident: BMT ilkin vəzifələrini yerinə yetirmir

Birləşmiş Millətlər Təşkilatı (BMT) ölkələr arasında mübahisələrin həlli sahəsində ilkin vəzifələrini yerinə yetirmir.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib.

BRIKS-in zirvə görüşünə onlayn qoşulan Misir lideri BMT Təhlükəsizlik Şurasına etimad səviyyəsinin aşağı düşdüyünü bəyan edib:

“Planetdə baş verən hadisələrin BMT sisteminə, xüsusən də Təhlükəsizlik Şurasına birbaşa mənfi təsiri oldu. Ona inamın azalması bir sıra dövlətləri Şurada islahatlar tələb etməyə sövq edir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər