Metro işçilərinin tətili Londonu iflic edib
Tarix: 08-09-2025 18:09 | Bölmə: Dünya
Metro işçilərinin tətili Londonu iflic edib

Böyük Britaniyada metropoliten işçiləri iki gündür tətili davam etdirirlər.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniya paytaxtından başlayan tətil krallığın metro olan bütün şəhərlərini əhatə etməkdədir. Bu səbəbdən Londonda yerüstü nəqliyyatın da hərəkəti iflic olub.

Xatırladaq ki, Dəmir Yolları, Dənizçilik və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı sosial tələblərlə hələ avqust ayında tətil elan etmişdilər. Əsas tələblər işçilərin maaşlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasıdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər