Rusiya Qarabağda yaşamış ermənilərdən terrorçu qrup yaratmaq istəyir
Tarix: 08-09-2025 16:29 | Bölmə: Slayd
Rusiya Qarabağda yaşamış ermənilərdən terrorçu qrup yaratmaq istəyir

“Rusiyanın hansısa təşkilatının Qarabağdan Ermənistana köçmüş ermənilərə humanitar yardım etməsinin məqsədi siyasidir. Ruslar yardım edir, ermənilərin müəyyən hissəsi də “bəlkə qaytardılar” düşüncəsi ilə rusların bu addımlarına müsbət yanaşırlar. Bəli, Rusiya Qarabağda yaşamış erməniləri yenidən himayə edib, onlardan terrorçu və radikal qrup yaratmaq istəyir. Daha sonra bunlardan Azərbaycan dövlətinə siyasi təzyiqlər üçün istifadə etməyə çalışacaqlar. Əslində Rusiya son yüz ildə ermənilərdən Azərbaycana qarşı istifadə edib”.

Bunu “Reytinq” qəzetinə Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev Rusiyanın humanitar təşkilatlarının Qarabağı tərk etdikdən sonra Ermənistanın Abovyan şəhərində məskunlaşmış ermənilərə humanitar yardım etməsindən danışarkən bildirib.

Professor deyib ki, Rusiya istəyinə nail ola bilməyəcək və onun Azərbaycana qarşı siyasətinin sonu iflasa uğrayacaq:

“Məndə olan məlumata görə, Qarabağdan Ermənistana gedən ermənilərin 20 minə yaxını artıq Ermənistanı tərk edib. Onlar Rusiyaya getməyiblər. Əksəriyyəti Yeni Zellandiya, Avstraliya və Kanadaya üz tutublar. Eyni zamanda Paşinyan hökuməti Qarabağdan olan xeyli sayda erməniyə vətəndaşlıq verib. Hökumət bilir ki, Rusiyanın belə oyunları var. Odur ki, ən kasıblara, xariclə əlaqəsi olmayanlara vətəndaşlıq verməklə onları tam nəzarətə götürür. Həm də bilirlər ki, onlardan istifadə edərək Ermənistanı qarışdırmaq planları var və bu, Ermənistana xoş gələcək vəd etmir”.

C. Nuriyev sonda qeyd edib ki, Rusiyanın məkrli planları nəticəsiz qalacaq: “Bəzi iddialara görə, hazırda Avropada olan ruslardan da Rusiyaya qarşı istifadə etmək üçün mexanizmlər düşünür, onlarla işləyirlər. Odur ki, Rusiya öz gələcəyini düşünsə, daha yaxşı olar”.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər