Azərbaycan Kuboku: yarımfinalın ilk oyunlarının təqvimi müəyyənləşib
Tarix: 12-03-2024 11:33 | Bölmə: İdman
Azərbaycan Kuboku: yarımfinalın ilk oyunlarının təqvimi müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi açıqlanıb.

Reyting.az
xəbər verir ki, qarşılaşmalar aprelin 2-də və 3-də gerçəkləşəcək.

İlk gündə əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” birincilərin meydanında üz-üzə gələcəklər. Ertəsi gün “Qəbələ” paytaxtda “Zirə”nin qonağı olacaq.

2 aprel (çərşənbə axşamı)

20:00. “Neftçi” – “Qarabağ”
“Neftçi Arena”

3 aprel (çərşənbə)

19:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}