Bolqarıstan klubunun futbolçusu Azərbaycan millisinə çağırılıb
Tarix: 12-03-2024 13:00 | Bölmə: İdman
Bolqarıstan klubunun futbolçusu Azərbaycan millisinə çağırılıb

Bolqarıstanın "Arda" komandasında çıxış edən Cəlal Hüseynov Azərbaycanın U-21 millisinə dəvət alıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi U-21-in Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Ukrayna ilə matçlar üçün çağırılıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də İngiltərə, bundan 4 gün sonra Ukraynanı qəbul edəcək. Hər iki qarşılaşma "Azərsun Arena"da gerçəkləşəcək(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}