Rafael Benites istefaya göndərilib
Tarix: 12-03-2024 18:01 | Bölmə: İdman
Rafael Benites istefaya göndərilib

İspaniyanın "Selta" klubu baş məşqçisi Rafael Benites ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

63 yaşlı ispaniyalı mütəxəssis "Selta"nın "sükanı arxasında" bu mövsüm bütün turnirlər daxil olmaqla 33 matçda 9 qələbə qazanıb, 9 heç-heçə edib və 15 dəfə məğlub olub.

Klub sonuncu dəfə İspaniya çempionatının 28-ci turunda "Real"a 0:4 hesabı ilə uduzub(Report).

Qeyd edək ki, Rafael Benites 2023-cü ilin yayından "Selta"nı çalışıdırırdı. Onun müqavilə müddəti 2026-cı ildə başa çatırdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}