Qalmaqallı futbolçu Dubayda həbs edilib
Tarix: 13-03-2024 23:37 | Bölmə: İdman
Qalmaqallı futbolçu Dubayda həbs edilib

Moskvanın “Spartak” klubunun hücumçusu Kvins Promes Hollandiya prokurorluğunun tələbi ilə Dubayda həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “De Telegraph” məlumat yayıb.

Məlumata görə, futbolçu hazırda həbsdədir. Saxlanılma Promesin Hollandiyaya ekstradisiyasının mümkünlüyü ilə bağlıdır.

Qeyd olunur ki, Promes fevralın 29-da qəza törətdib, hadisə yerini tərk etdiyi üçün Dubay hava limanında sərhəd nəzarətində saxlanılıb. Sonradan dəqiqləşib ki, futbolçu BƏƏ-də həbs cəzasına məhkum edilməyəcək - o, cərimə ilə cəzalandırılacaq.

Xatırladaq ki, fevralın 14-də Amsterdam məhkəməsi Promesi narkotik qaçaqmalçılığına görə qiyabi olaraq altı il həbs cəzasına məhkum edib. Üstəlik, o, 2023-cü ilin yayında qohumuna bıçaqla hücum etdiyi üçün vətənində 18 ay həbs cəzası alıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}