Avropa Liqası: "Bayer 04" və "Qarabağ"ın start heyətləri müəyyənləşib
Tarix: 14-03-2024 23:43 | Bölmə: İdman
Avropa Liqası: "Bayer 04" və "Qarabağ"ın start heyətləri müəyyənləşib

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Qarabağ" səfərdə "Bayer 04"lə qarşılaşacaq.

Reyting.az
xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka.

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo.

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}