Nazir: "Matçdan sonra baş verənlər qəbuledilməzdir"
Tarix: 18-03-2024 11:04 | Bölmə: İdman
Nazir: "Matçdan sonra baş verənlər qəbuledilməzdir"

Ötən gecə "Fənərbağça"nın "Trabzonspor"a 3-2 hesabı ilə qalib gəldiyi oyundan sonra meydana daxil olan azarkeşlərin rəqib oyunçulara hücum etməsi dünya mediasında tirajlanır.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra meydana daxil olan "Trabzonspor"lu azarkeşlər "Fənərbağça"lı futbolçularla əlbəyaxa olublar.

Türkiyə Gənclər və İdman naziri Osman Aşkın Bak “Trabzonspor" - "Fənərbağça" matçından sonra yaşananların idmanın dostluq və qardaşlıq ruhuna uyğun gəlmədiyini deyib: "Artıq aidiyyəti orqanlar tərəfindən lazımi araşdırmalara başlanılıb. Biz prosesi yaxından izləməyə davam edirik. Baş verənlər qəbulolunmazdır".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər