Baş məşqçi istefa barədə suala sərt cavab verib: "Bu, təxribatdır"
Tarix: 27-03-2024 10:24 | Bölmə: İdman
Baş məşqçi istefa barədə suala sərt cavab verib: "Bu, təxribatdır"

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella hazırlıq çərçivəsində Avstriyaya 6:1 hesabı ilə məğlubiyyətdəm sonra ona istefa ilə bağlı verilən suala narazılıq edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, matçdan sonra təşkil edilən mətbuat konfransında "İstefa vermək fikrində deyilsiniz?" sualına o, belə cavab verib:

"Sualınıza cavab verməyəcəyəm, çünki bunun təxribat olduğunu düşünürəm. Sual verərkən səhv etdiyiniz zaman işinizi tərk edirsiniz? Məncə, gərəksiz və təxribat tipli sualdır, cavab verməyəcəyəm".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər