Komitə bu futbolçuları cəzalandırıb - Siyahı
Tarix: 27-03-2024 16:32 | Bölmə: İdman
Komitə bu futbolçuları cəzalandırıb - Siyahı

AFFA İntizam Komitəsi Gənclər Liqasının yarımçıq dayandırılan İCBFA – “Turan Tovuz” oyunu ilə bağlı cəzaları açıqlayıb.

Reyting.az
xəbər verir ki, qurum görüşdə qırmızı vərəqə alan hər komandanın 4 futbolçusunu 4 matçlıq diskvalifikasiya edib.

“Turan Tovuz”dan Fərid Cəfərov, Tahir Tağıyev, Məhəmməd Abbasov və Dəniz Rəcəbov, İCBFA-dan isə Fərid Eyvazov, Heydər Cəbrayılov, Cavid Məmmədov və Fərid Quliyev qarşıdakı 4 görüşü buraxacaqlar. Onlardan Fərid Cəfərov hakimi təhqir etdiyinə, digərləri təcavüzkar davranışa görə cəzalandırılıblar.

“Turan Tovuz”un köməkçi məşqçisi Ruslan Abbasov isə son dəqiqələrdə meydana daxil olaraq hakimin qərarına etirazını bildirib. Həmin hərəkətinə görə qırmızı vərəqə alan mütəxəssis 2 oyunluq cəzaya məruz qalıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}