20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
TFF prezidenti: "Məqsədimiz əvvəlcə qruplardan çıxmaqdır"
Tarix: 24-05-2024 10:11 | Bölmə: İdman
TFF prezidenti: "Məqsədimiz əvvəlcə qruplardan çıxmaqdır"

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi 2024-cü il Avropa Futbol Çempionatında (AVRO-24) hədəflə bağlı sualları cavablandırıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ilk hədəflərinin qrupdan çıxmaq olduğunu bildirib:

"Bilirsiniz, iyunun 4-də İtaliya ilə matçımız var. Bundan sonra 26 nəfərlik heyətlə bağlı yekun qərar bveriləcək. Proses iyunun 7-də bitəcək. İyunun 18-də isə Gürcüstan millisi ilə AVRO-24-dəki qrupumuzda ilk oyunu keçirəcəyik. Əlbəttə, ilk məqsəd qruplardan çıxmaqdır. Oyunların Almaniyada keçirilməsi bizim üçün böyük üstünlükdür. Almaniya, Belçika, Hollandiya və Fransada 4,5 milyondan çox türk yaşayır. Vətəndaşlarımızın böyük bilet tələbləri var. Onları sevindirmək və uğru qazanmaq üçün əlimizdən gələni edirik.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər