Maskerano Argentina millisinə qayıtmağı planlaşdırır
Tarix: 09-06-2019 22:45 | Bölmə: İdman
Maskerano Argentina millisinə qayıtmağı planlaşdırır

“Barselona” və “Liverpul”un keçmiş yarımmüdafiəçisi Xavyer Maskerano Argentina millisində karyerasını bərpa etmək niyyətindədir.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı oyunçu belə qərara Argentina futbol assosiasiyasının prezidenti Klaudio Tapia ilə görüşəndən sonra gəlib.

Maskerano iyulun 26-dan avqustun 11-dək Peruda keçiriləcək PanAmerika oyunlarında iştiraka ümid edir.

O, milli komandada keçirdiyi oyunların sayına görə (147) rekordçudur. Futbolçu milli komandadakı karyerasını 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatından sonra başa vurub.

Xavyer Maskerano hazırda Çin çempionatında oynayır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}