11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Ronaldu zorlamaya görə məhkəməyə çağırıldı
Tarix: 15-06-2019 15:38 | Bölmə: İdman
Ronaldu zorlamaya görə məhkəməyə çağırıldı

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronalduya amerikalı model Ketrin Mayorqanı zorlama işi üzrə məhkəmədən çağırış gəlib.

Reyting.az xarici mediaya istinadla bildirir ki, portuqaliyalıya ABŞ federal məhkəməsinin sənədi şəxsən verilib.

Mayorqa portuqaliyalını 2018-ci ilin sentyabrında onu zorlamaqda ittiham edib.

O, inandırmağa çalışıb ki, beşqat “Qızıl top” mükafatçısı 2009-cu ildə Las-Veqasdakı gecə klubunda olduğu zaman onu təhqir edib.

Ronaldu Mayorqa ilə intim münasibətdə olduğunu təsdiqləyib, ancaq zorlama faktını təkzib edərək deyib ki, bunun hamısı qarşılıqlı razılaşma ilə baş verib.

Ronaldu o zaman öz vəkillərinin vasitəçiliyi ilə qızı informasiyanın açıqlanmamsına razılaşdırıb və susmasına görə 375 min dollar ödəyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}