Bu gün “Neftçi” “Bney Yehuda” ilə oynayacaq - İsraildə
Tarix: 15-08-2019 11:16 | Bölmə: İdman
Bu gün “Neftçi” “Bney Yehuda” ilə oynayacaq

Bu gün “Neftçi” UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçında İsraildə “Bney Yehuda” komandası ilə qarşılaşacaq.

“Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşmalı olacaq.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

21:00. “Bney Yehuda” – “Neftçi”

Baş hakim: Daniele Doveri

Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo

Dördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)

Hakim-inspektor: Stefan Lannoy (Fransa)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Petah Tikva, “Ha Moshava” stadionu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}