"Liverpul" İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb
Tarix: 03-10-2019 12:08 | Bölmə: İdman
"Liverpul" İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb

"Liverpul" klubu İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb.

Reyting.az xəbər verir ki, səbəb Mersisayd təmsilçisinin 1/16 finalda "Milton Kins Dons"la matçda səhvə yol verməsidir. Həmin görüşdə iştirak hüququ olmayan Pedro Çirivelya çıxış edib.

"Liverpul" turnirdən kənarlaşdırılmaqla yanaşı, 200 min funt sterlinq məbləğində cərimə olunub. Kluba verilən məbləğin yarısı şərtidir və növbəti mövsüm hansısa qayda pozulacağı təqdirdə, klub onu ödəməli olacaq.

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}