Xanəndə xəstəxanada dünyasını dəyişib
Tarix: 14-02-2026 22:36 | Bölmə: Xəbərlər

Xanəndə xəstəxanada dünyasını dəyişib

Salyanda tanınmış xanəndə Vaqif Qurbanoğlu dünyasını dəyişib.

Reyting.az “Report”-a istinadla bildirir ki, Vaqif Qurbanxan oğlu Babayev bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasına kamotoz vəziyyətdə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Vaqif Babayev 1949-cu ildə Salyan şəhərində doğulub. Tanınmış Aşıq Qurbanxanın oğludur.





Bölməyə aid digər xəbərlər