Nazirin üç müavini vəzifədən azad edilib - (Yenilənib)
Tarix: 14-02-2026 22:59 | Bölmə: Slayd

Nazirin üç müavini vəzifədən azad edilib - (Yenilənib)

Kəmaləddin Heydərov

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinləri vəzifələri ilə vidalaşmalı olublar.

Reyting.az Manset.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.

Sayt Orucəli Hacıyevlə əlaqə saxlasa da, o, məlumatı təkzib etməyib və telefonu söndürüb.

Etibar Mirzəyev isə “Qafqazinfo”ya açıqlamasında yaşla əlaqədar təqaüdə çıxdığını bildirib.

20 ildir sözügedən vəzifədə çalışdığını deyən E. Mirzəyev buna görə dövlət başçısına minnətdarlıq edib: “Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əsgəriyəm”.





Bölməyə aid digər xəbərlər