AFFA bu liqalardakı oyunların təxirə salınma müddətini uzatdı - Siyahı
Tarix: 09-03-2020 12:54 | Bölmə: İdman
AFFA bu liqalardakı oyunların təxirə salınma müddətini uzatdı - Siyahı

AFFA-nın təşkilatçılığı ilə keçirilən oyunlarının təxirə salınması müddəti martın 27-dək uzadılıb.

Reyting.az
AFFA-ya istinadla xəbər verir ki, bu qərar U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinə şamil olunub. 

Səbəb kimi bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərarın qüvvədə olma müddətinin martın 27-dək uzadılması göstərilib. 

Qeyd edək ki, AFFA liqalarda oyunların təxirə salındığına dair ilk qərarlarını martın 3-də və 5-də açıqlayıb. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}