Gənclər Liqasının oyunları təxirə salınıb - Səbəb
Tarix: 18-03-2020 17:28 | Bölmə: İdman
Gənclər Liqasının oyunları təxirə salınıb

UEFA Gənclər Liqasında 1/8 və 1/4 final mərhələlərinin 17-20 apreldə keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bu addım atılıb.

Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi qeyd olunub.

Qeyd edək ki, UEFA daha əvvəl Çempionlar Liqasında 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) görüşlərini, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmalarını qeyri-müəyyən müddətə təxirə salıb. Həmçinin AVRO-2020-nin vaxtı 2021-ci ilin yayına, Millətlər Liqasının qarşılaşmaları martın 26-dan iyunun 2-nə, finallar isə martın 31-dən iyunun 6-na keçirilib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər