Azərbaycan çempionatının qalibi elan olunub
Tarix: 03-04-2020 16:43 | Bölmə: İdman
Azərbaycan çempionatının qalibi elan olunub

Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin videokonfransı keçirilib.

Reyting.az
-ın məlumatına görə, yığıncaqda kororavirus pandemiyası üzündən dayandırılan kişi basketbolçular arasında Azərbaycan çempionatının taleyi müzakirə olunub.

Fevralın 29-da keçirilən XX turundan sonra dayandırılan Superliqanın davam etdirilməməsi qərara alınıb. Fasiləyə qədər 38 xalla birinci pillədə olan "Zirvə Astara" ölkə çempionu elan edilib. 34 xala malik "Atom" 2-ci, aktivindəki 32 xalla "Gəncə" 3-cü yerin sahibi olub.

Qeyd edək ki, Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.(Apasport)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}