“Real” iki ulduz oyunçusunu satışa çıxarır
Tarix: 11-04-2020 19:40 | Bölmə: İdman
“Real” iki ulduz oyunçusunu satışa çıxarır

Madrid “Real”ı uelsli hücumçu Qaret Beyl və kolumbilayı yarımmüdafiəçi Xames Rodriqesi növbəti transfer pəncərəsində satmaq niyyətindədir.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, 28 yaşlı Rodriqes təkliflər üçün hazırdır.

Onun agenti Jorje Mendeş İngiltərənin “Mançester Yunayted” və İtaliya çempionu “Yuventus”la danışıqlar aparır.

Beylə gəldikdə, müqaviləsi başa çatana qədər “Kral klubu”nda qalmaq istəyir. O, ildə 17 milyon avro alır.

“Real” əmək haqlarında 75 milyon avro qənaət etmək niyyətindədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}