“Atletiko” bir neçə oyunçusunu sata bilər - Siyahı
Tarix: 18-04-2020 16:08 | Bölmə: İdman
“Atletiko” bir neçə oyunçusunu sata bilər

Madridin “Atletiko” futbol klubu növbəti mövsümdə Çempionlar Liqasına düşə bilməsə, maliyyə itkilərini kompensasiya etmək üçün əsas heyətin bir neçə oyunçusunu sata bilər.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, komandanı tərk edəcəklər arasında yarımmüdafiəçilər Saul Niqes, Tomas Parti və Toma Lemarın adları çəkilir.

25 yaşlı Niqes 72 milyon avro qiymətləndirilir. Bu mövsüm İspaniya millisinin futbolçusunun hesabında 26 oyunda 3 qol var.

Universal yarımmüdafiəçiyə “Mançester Yunayted”in iddiaçı olduğu bildirilir.

Qana millisinin oyunçusu 26 yaşlı Partinin qiyməti 40 milyondur (bu çempionatda 24 oyunda 2 qol vurub).

24 yaşlı fransalı Lemarın dəyəri 24 milyon avro qiymətləndirilir. Bu mövsüm çempionatın 17 və Çempionlar liqasının 7 oyununda bir qol vura bilməyən futbolçu start heyətində 11 dəfə meydana çıxıb.

“Atletiko” onu 2018-ci ildə “Monako”dan 70 milyon avroya alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər